Ramil Usubov Quba polisində dəyiziklik etdi

img

07-03-2012 [05:34]


Qubanın polis rəisinin müavini Azər Rzayev Daxili İşlər Nazirinin əmri ilə vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şəbə rəisi Orxan Mansurzadə bildirib. O, Azər Rzayevin Quba hadisələrinin təşkilatçılığında günahlandırılaraq həbs olunması ilə bağlı yayılan məlumatları təkzib edib. Deyib ki, Azər Rzayev tutduğu vəzifədən azad edilərək sərəncama verilib: ?Nazirliyin təcrübəsində belə hallar olur, kimsə tutduğu vəzifədən çıxarılır və sərəncama göndərilir?. Martın 1-də Qubada iğtişaş baş verib, yerli əhalinin tələbi əsasında rayon icra başçısı istefaya göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA