Yevlaxda ər arvadını qətlə yetirdi

img

07-03-2012 [10:47]


Yevlax rayonunda dəhşətli qətl hadisəsi olub. Rayon Prokurorluğundan Milli.az-a verilən məlumata görə, Havarlı kənd sakini, 39 yaşlı Xəyyam Məhərrəmov qısqanclıq zəminində 27 yaşlı arvadı Xəyalə Məhərrəmovanı qətlə yetirib. O, gənc qadına çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Qeyd edək ki, polis X.Məhərrəmovu tutaraq istintaqa təhvil verib. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA