"Minsk Qrupu missiyasının öhdəsindən gələ bilməyib və iflasa uğrayıb"

img

27-02-2012 [03:28]


Qarabağ Azadlıq Təşkilatının ATƏT-in Minsk qrupunun 20 il, qurumun həmsədrlik institutunun isə 15 illik fəaliyyəti ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda qurumun münaqişənin ədalətli həlli istiqamətindəki fəaliyyəti təhlil olunub və yarandığı vaxt üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi bildirilib: ?Bu dövr ərzində qurum Qarabağ münaqişəsinin həlli istiqamətində qərəzli, ədalətsiz və qeyri-obyektiv mövqe tutub. Minsk Qrupu yarandığı gündən 24 mart 1992-ci il tarixdən missiyanın öhdəsindən gələ bilməyib və iflasa uğrayıb?. Bəyanatda həmsədrlərdən birinin ? Fransanın qondarma ?erməni soyqırımı?nı tanıması da ATƏT-in Minsk Qrupunun ədalətli olmaq şansının olmamasının nümunəsi kimi də göstərilib: ?Minsk Qrupu həmsədrlərinin apardıqları proses Azərbaycanın ərazi bütövlüyünün bərpasını qeyri-mümkün edir. Bu təhlükəli proses dayandırılmalıdır. Rusiya da Ermənistanda hərbi bazasını saxlayır və erməniləri müdafiə etdiyini gizlətmir. ABŞ erməni lobbisinin təsirindən çıxaraq Azərbaycana səfir göndərə bilmir, təyin etdiyi səfiri də geri çağırır?. Bəyanatda qeyd olunub ki, Minsk Qrupu və bu qurumun həmsədrlərinin fəaliyyəti dərhal dayandırılmalı, həmsədrlərinin bu günlərdə Bakıya gözlənilən səfərlərinin qarşısı alınmalıdır: ?Azərbaycan işğalçı Ermənistana qarşı hərbi əməliyyatların başlanması üçün real addımlar atmalıdır. Biz öz növbəmizdə Minsk Qrupunun, bu qurumun həmsədrlərinin fəaliyyətinin dayandırılması, həmsədrlərin bir daha Azərbaycana səfər etməmələri üçün bütün vasitələrdən istifadə edəcəyik?. #305; al

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA