Elmar Məmmədyarov indoneziyanın ilk səfirini qəbul edib

img

06-02-2012 [06:01]


Xarici işlər naziri (XİN) Elmar Məmmədyarov İndoneziyanın Azərbaycana təyin olunan ilk səfiri Prayono Atiyantonu qəbul edib. Bu bardə MIA-ya XİN-nin mətbuat xidməti məlumat verib. Nazirlikdən bildirilib ki, görüş zamanı İndoneziya səfiri etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, Azərbaycanla İndoneziya arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər. Məlumatda oda bildirilib ki, görüş zamanı iki ölkə arasında BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA