Milli Ordunun 7 əsgəri yaralanıb

img

27-02-2012 [11:59]


Tərtər rayonu ərazisində Milli Ordunun hərbçilərini daşıyan maşın qəzaya uğrayıb. Hadisə fevralın 24-də baş verib, nəticədə 7 hərbçi xəsarət alıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə baş verən kimi Bakıdan tibbi heyət göndərilib, yaralananların vəziyyəti nəzarətə götürülüb. Xəsarət alan əsgərlər Silahlı Qüvvələrin Bakıdakı Klinik Hospitalına gətiriliblər, yaralılara tibbi yardım göstərilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirlib ki, yaralı əsgərlərin vəziyyəti kafidir, onların həyatına təhlükə yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA