Hərbçilər qəzaya düzdülər, 1 nəfər ölüb, ikisi yaralanıb

img

27-02-2012 [10:43]


Fevralın 26-da Samux rayonu ərazisində ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Gəncə yolunda Milli Ordunun giziri, 1982-ci il təvəllüdlü Abdullayev Nizaməddin Məzahir oğlunun idarə etdiyi ?VAZ 2106? markalı, 37 BB 057 nömrə nişanlı avtomobil qəzaya uğrayıb. N.Abdullayevin sürdüyü minik avtomobili idarəetməni itirib və yolun kənarına çıxaraq dərəyə yuvarlanıb. Nəticədə sürücü və avtomobildə olan Milli Ordunun digər giziri, 1980-ci il təvəllüdlü Seyidov Şaiq Əliheydər oğlu ağır xəsarət alıblar. Avtomobildə olan digər sərnişin, 1974-cü il təvəllüdlü Ələsgərov Rəfail Mikayıl oğlu isə xəstəxanaya aparılarkən ölüb(lent.az). Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.#252;c

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA