Tahir Abbaslı: ?Azərbaycan və Ermənistan ziyalılarının görüzü ermənilərə sərf edir?

img

23-02-2012 [12:04]


?Azərbaycan və Ermənistan ziyalılarının görüşünün hansı effekt verəcəyini demək çətindir. Açığı indiyə qədər ziyalıların görüşü hər hansı bir effekt verməyib. Bu mənada yeni görüşün, həmçinin may ayı üçün nəzərdə tutulan görüşün Qarabağ danışıqlarına müsbət dinamika verəcəyinə şübhə ilə yanaşıram?. Bu fikirləri AİDP sədri Tahir Abbaslı Azərbaycan və Ermənistan ziyalılarının fevralın 22-də Moskvada keçirilən görüşünə münasibət bildirərkən deyib. Onun fikrincə hazırda ATƏT müstəvisində aparılan Qarabağ danışıqlarında hər hansı irəliləyiş yoxdur: ?Ona görə də xalq diplomatiyası müstəvisində reallaşdırılan bu görüşün nəyisə dəyişəcəyinə inanmıram. Prezidentlərin görüşündə irəliləyiş olduqdan, münaqişənin həlli istiqamətində hər hansı sənəd qəbul edildikdən sonra bu görüşlərə ehtiyac ola bilər?. AİDP sədrinin fikrincə belə görüşlər Azərbaycandan çox Ermənistana sərf edir: ?Ermənistan onsuz da danışıqların uzanmasına çalışır. İstəyir ki, vaxt uzansın münaqişə həll olunmasın. Bu mənada danışıqlar prosesindəki boşluqların ziyalıların görüşləri vasitəsilə doldurulması ermənilərə daha çox sərf edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA