Hoca Ahmet Yesevi Uluslararası Turk-Qazax Universitetində Xocalı soyqırımı ilə bağlı böyük tədbir keçirilib

img

13-03-2012 [01:05]


26 Fevral ? Xocalı soyıqırımının ildönümü dünyanın azərbaycanlılar yaşayan bütün ölkələrində olduğu kimi, Qazaxıstandakı təhsil ocaqlarında da yad edilib. Belə ki, Qazaxıstanın Türküstan şəhərində yerləşən və Türkiyə dövlətinin rəsmi dəstəyi ilə fəaliyyət göstərən və dünyanın müxtəlif ölkələrindən təhsil alan tələbələrin cəmləşdiyi Hoca Ahmet Yesevi Uluslararası Türk?Kazak Universitetində ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi ən böyük tarixi faciələrdən biri olan Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib. Universitetdə təhsil alan müxtəlif ölkələrin tələbələrinin və müəllim-professor heyətinin iştirakı ilə keçirilən tədbirdə erməni vandallarının Azərbaycanın ən dilbər güşələrinlən olan Qarababağda və xüsusiylə Xocalıda törətdikləri qətliamlarla bağlı geniş məruzələr səsləndirilib, tarixi faktlar sadalanıb. Tədbirlə bağlı Müstəqil İnformasiya Agentliyinə məlumat verən universitetin tələbəsi Cavad Niyazlının sözlərinə görə, tədbirdə əvvəlcə Azərbaycan, Türkiyə və Qazaxıstanın dövlət himni səsləndirilib. Ardınca erməni vəhşiliyinin qurbanı olan Xocalı şəhidlərinin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edilib: ?Bundan sonra isə universitetimizin rektoru, cənab Salih Aynural kürsüyə dəvət edildi. Hörmətli rektorumuz XX əsrin sonunda Azərbaycanda, Qarabağda ermənilərin törətdikləri vəhşilikə bağlı fikirlərini işirakçılara çatdırıb, Allahdan şəhidlərimizə rəhmət, millətimizə isə səbr dilədi?. Cavad Niyazlı bildirib ki, tədbirdə Xocalı soyqırımını əks etdirən video-materiallar nümayiş etdirilib, qətliamla bağlı şeirlər səsləndirilib: ?20 il öncə baş vermiş faciəni universitetdə müxtəlif ölkələrdən təhsil almaq üçün gəlmiş tələbələrin daha dərindən anlaması üçün Azərbaycan, Rusiya, Qırğısıstan, Türmənistan, Özbəkistan, Türkiyə, Qazaxıstan və digər ölkələrdən olan tələbələrə də çıxış üçün imkan yaradıldı. Onlar yaşadığımız dəhşətli bir soyqırımla bağlı ürəkağrısı ilə danışıb, bu faciənin hüquqi qiymət almasının vacibliyini önə sürdülər. Sonra isə universitetimizin ?Türk dili və Ədəbiyyatı? fakültəsinin dekanı Özkul Çobanoğlu, Əli Kafqasiyalı kürsüyə çıxıb, çox dəyərli və tutarlı fikirləri ilə tədbir iştirakçılarına əsl həqiqətlərlə bağlı məlumatlar verdilər?. Sonda Cavad Niyazlı belə tədbirlərin universitetdə daima keçirildiyini də vurğulayaraq, bununla ölkəmizi xaricdə layiqlə təmsil etməyə çalışdıqlarını bildirdi: ?Qarşıdan Novruz bayramı və 28 May -Respublika Günü gəlir. Bu iki tədbirə də möhtəşəm hazırlaşaıb, ölkəmiz haqda əsl həqiqətləri dünyaya yaymağa çalışırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA