Dövlət Əmək Müfəttizliyinin vəzifəli zəxsi rüzvət alan yerdə tutulub

img

20-02-2012 [09:10]


Baş Prokurorluq korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində həyata keçirilən növbəti həbslər barədə məlumat yayıb. Baş Prokurorluğun məlumatına görə, vətəndaş Ağayev Əlifağa Dədəkişi oğlu Baş prokuror ya?nın?da Korrupsiyaya qarşı mü?barizə ida??rəsinin "161 - Qaynar xətt" əlaqə mər?kəzinə müraciət edə?rək, Xəzər rayonunda fəaliyyət göstərən özünə məxsus "Halal ərzaq" mağazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin 1 saylı region üzrə Döv?lət Əmək Müfəttişliyinin vəzifəli şəxsləri tərəfindən aparılmış yoxlama zamanı əmək və əməyin mühafizəsi üzrə müəyyən edilmiş pozuntularla bağlı tərtib olunmuş protokola uyğun olaraq inzibati xəta ilə əlaqədar cərimənin tətbiq olunmaması üçün, həmin müfəttişliyin rəis müavini Dəmirov Teyyub Umud oğlunun ondan 1.500 manat rüşvət tələb etdiyini bildirib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində T.Dəmirov 18 fevral 2012-ci il tarixdə xidməti otağında Ə.Ağayevdən 1.500 manat pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında tutulub. T.Dəmirov həmin pulları prokurorluq əməkdaşlarına təqdim etmiş və hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib. Həmin fakta görə başlanmış cinayət işi üzrə Teyyub Dəmirov Cinayət Məcəlləsinin rüşvət almaya görə məsuliyyət nəzərdə tutan 311.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd edilən cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir.[center][/center]#601;ll

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA