Sarkozi bu gün tərəfdarları ilə ilk seçkiqabağı görüz keçirəcək

img

16-02-2012 [04:11]


Nikola Sarkozinin ikinci müddətə Fransa prezidentliyinə namizədliyini irəli sürmək niyyətini açıqlamasından sonra Sosialistlər Partiyasından namizəd Fransua Holland Ruanda tərəfdarları ilə böyük toplantı keçirib. Nikola Sarkozi işsizlərin iş yerləri ilə təmin olunacağını vəd etsə də, ictimai sorğu göstərir ki, prezident öz seçicilərini ona yenidən səsverməyə inandırmaq üçün güclü mübarizə ilə üzləşəcək. Belə ki, bir neçə aydır ictimai sorğuya əsasən Nikola Sarkozi onun islahatlarında dəyişiklik və korrupsiyaya qarşı mübarizə vəd edən Fransua Hollanddan xeyli geridədir. Nikola Sarkozi bu gün tərəfdarları ilə ilk seçkiqabağı görüş keçirəcək. Ruanda 8 minədək tərəfdarı qarşısında çıxış edən Fransua Holland isə bildirib ki, Sarkozinin hakimiyyətdə fəaliyyət müddəti olduqca zəif olub. Qeyd edək ki, Fransua Holland 1997-ci ildən 2008-ci ilədək sosialistlərə rəhbərlik edib, onun partiyası bu müddətdə 2002 və 2007-ci illərdə prezident seçkilərində məğlub olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA