ATƏT-in Bakı ofisinin rəhbəri ADU-da mühazirə oxuyub

img

22-02-2012 [04:18]


ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri ilə görüşüb. ADU-nun mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Məcid Əliyev, Beynəlxalq münasibətlər kafedrasının müdiri Samir Həmidov iştirak edib. Koray Tarqay Azərbaycanın ATƏT-ə üzv olmasının 20 illiyi ilə əlaqədar keçdiyi yol haqqında mühazirə ilə çıxış edib. ATƏT-in fəaliyyəti haqqında danışan Koray Tarqay hazırda ATƏT-in Bakı Ofisində 50-yə yaxın əməkdaşın çalışdığını iştirakçıların nəzərinə çatdırıb. Ofisin rəhbəri Azərbaycanın ATƏT-ə 1992-ci ildə üzv olmasına baxmayaraq, həyata keçirdiyi layihələri 2000-ci ildən etibarən gücləndirdiyini qeyd edib. Koray Tarqay ATƏT-in həyata keçirdiyi digər layihələr haqqında tələbələrə məlumat verib. Tədbirdə çıxış edən fakültə dekanı Məcid Əliyev ofisin rəhbərinə təşəkkürünü bildirib, mühazirənin tələbələr üçün əhəmiyyətli olduğunu deyib. Sonda tələbələrin sualları cavablandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA