Bakıda ev partladı, 4 nəfər yaralandı

img

16-02-2012 [10:30]


Bakıda yaşayış evində partlayış olub. Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, Binəqədi qəsəbəsi 3-gü mədən küçəsi, 62 saylı mənzildə baş verən partlayışda bir ailənin 4 üzvü xəsarət alıb. Ailə başçısı 33 yaşlı Etibar Musayev, həyat yoldaşı 31 yaşlı Könül Musayeva, onların övladları 13 yaşlı Abbas və 10 yaşlı Rəsul xəstəxanaya yerləşdiriliblər. Hadisənin qaz sızmasından baş verdiyi bildirilir. Partlayışın təsirindən mənzil tamamilə yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA