Obama Ermənistana yardımı azaltmağı, Türkiyəyə isə artırmağı təklif edib

img

14-02-2012 [02:34]


ABŞ prezidenti Barak Obama Konqresdə büdcə ilə bağlı müraciətində Ermənistana göstərilən iqtisadi yardımı 19 faiz azaltmağı təklif edib. Bu barədə Amerika Ermənistan Milli Komitəsi (ANKA) informasiya yayıb. Bununla bərabər, Obama admnistrasiyası Türkiyənin güclü qlobal tərəfdaş kimi rolunun artmaqda davam etməsi ilə bağlı bu ölkədə beynəlxalq hərbi təhsil proqramının həyata keçirilməsi üçün əlavə 3,6 milyon dollar ayırmağı təklif edib. İlkin olaraq Barak Obama Ermənistana yardımların 32 faiz azaldılmasını təklif edib. Konqres Ermənistana 40 milyon dollar yardım ayırmağı nəzərdə tutsa da, o 27,219 mln dollar tövsiyə edib. Bu, təklif etdikləri rəqəmdən 12,8 milyon dollar azdır. Bu məbləğə daha əvvəl təsdiqlənmiş narkotik qaçaqmalçılığı ilə mübarizə və hüquq-mühafizə sisteminin inkişafına ayrılan 2,824, səhiyyəyə dair qlobal proqramların gerçəkləşməsinə ayrılan 2,5 mln dolları əlavə etdikdə Ermənistana ayrılan yardımın məbləği 19 faiz azalmış olur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA