iran Azərbaycana etiraz notası verib

img

13-02-2012 [12:26]


İran Azərbaycana etiraz notası təqdim edib. Bununla bağlı ötən gün Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İranın Xarici İşlər Nazirliyinə çağırılıb və səfirə İran tərəfinin etiraz notası təqdim olunub. Məlumata görə, notada Azərbaycan Respublikasının İsrailin kəşfiyyat xidməti olan MOSSAD təşkilatına ölkə ərazisində İranın əleyhinə fəaliyyət göstərməsi, İranın nüvə alimlərini qətlində əli olan terrorçuların bu ölkəyə azad şəkildə gediş-gəlişlərinə şərait yaratdığı və digər məsələlər qeyd olunaraq, rəsmi Bakıdan bu cür addımlara son qoyulması tələb olunub. Notada həmçinin Azərbaycan mətbuatında İrana qarşı təbliğat aparılması, Azərbaycandakı İran təşkilatlarının nümayəndələrinə problemlər yaradılması da qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA