Ezzək arabası avtomobillə toqquzdu, iki nəfər öldü

img

14-02-2012 [12:06]


Fevralın 13-də saat 20 radələrində Samux rayonunda ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Kolayır kəndi ərazisində "VAZ 3303" markalı 45 BD 711 nömrə nişanlı avtomobil eşşək arabasını vurub. Hadisə Kür yolunun 10-cu kilometrliyində baş verib. Belə ki, minik avtomobilinin sürücüsü bildirib ki, qarşıdan gələn avtomobilin işığı onun gözünə düşüb və bu zaman avtomobil sağ zolaqla hərəkət edən eşşək arabasına çırpılıb. Nəticədə araba ilə odun daşıyan 1985-ci il təvəllüdlü Mehdiyev Etibar Yaqub oğlu zərbədən asfaltın üzərinə yıxılıb və hadisə yerində keçinib. Onunla birgə odun daşıyan qonşusu 1997-ci il təvəllüdlü Qurbanov Mobil Elşad oğlu isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA