Sumqayıtda mağaza partlayıb sora da yanıb

img

13-02-2012 [05:46]


Sumqayıt şəhərində mağazada partlayış olub. MİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan mağazada yanğınla nəticələnən partlayış baş verməsi nəticəsində mağazanın taxta konstruksiyalardan ibarət tavanı çöküb, ərzaq malları isə 2 kv.m sahədə yanıb. Qeyd edək ki, yanğınsöndürənlər çatana kimi yanğın vətəndaşlar tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA