Yanvar ayında yol qəzalarında 62 nəfər həlak olub

img

09-02-2012 [12:43]


Ötən ay Azərbaycanda 221 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, yanvar ayında qeydə alınan yol qəzalarında 62 nəfər həlak olub, 292 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin ilk ayında yol qəzalarının sayı 3 fakt, xəsarət alanların sayı isə 61 nəfər artıb. Hadisələr zamanı ölənlərin sayı stabil qalıb. Hesabat dövründə qeydə alınan qəzaların təxminən yarısı avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA