Tahir Abbaslı: ?indi o dövr deyil ki, Azərbaycan xarici siyasətini məzhəbə görə müəyyənləzdirsin?

img

07-02-2012 [04:07]


Son günlər Türkiyə mediasında Azərbaycanla bağlı məzhəb mənsubiyyəti məsələsi qaldırılır, buna şərhlər verilir. Məsələ ilə bağlı açıqlma verən Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı deyib ki, bu, çox təhlükəli haldır: ?Hesab edirəm ki, Türkiyə mediasında ?Azərbaycan şiə dövləti olduğuna görə Azərbaycan məzhəb savaşında Türkiyəyə qarşı İranın yanında olacaq? fikirlərinin yer alması sıradan bir məsələ deyil. İran-ABŞ münasibətlərinin gərginləşdiyi, Türkiyənin başının Fransa ilə dərddə olduğu bir məqamda belə bir məqamın qabardılmasına xüsusi bir planın tərkib hissəsi kimi baxmaq lazımdır?. T.Abbaslı hesab edir ki, bu məsələni ortaya atanlar belə həssas məqamda bir-birinə dəstək verən Azərbaycanla Türkiyənin arasına nifaq salmaq istəyirlər: ?Fikrimcə həm Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın, həmçinin xarici işlər naziri Əhməd Davudoğlunun iki ölkənin münasibətlərində heç bir problemin olmadığını, əksinə Fransa senatında qondarma erməni soyqırımı ilə bağlı qanun qəbulundə Azərbaycanın Türkiyəni yetərincə dəstəklədiyini demələri də bu planı önləmək məqsədi daşıyır?. AİDP sədri hesab edir ki, bu planın arxasında İranın durduğunu demək çətin olsa da ümumilikdə plan sözügedən ölkənin maraqlarına uyğundur: ?İran onsuz da Azərbaycanda vəziyyətin gərginləşməsinə, Türkiyə ilə münasibətlərin korlanmasına çalışır və bunun üçün ermənilərə qucaq açmağa, yardım etməyə davam edir?. Planın reallaşıb-reallaşmayacağına gəlincə, AİDP sədri hesab edir ki, təhlükəli olsa da qarşısı alınmayacaq məsələ deyil: ?Çünki, bəzi qrupları çıxmaq şərtilə Azərbaycanda Türkiyə ilə bağlı birmənalı fikir var və bu fikrin mahiyyətində ?Türkiyə Azərbaycanın ən yaxın və strateji müttəfiqidir, bunun əsasında qardaşlıq və dostluq dayanır? şüarı dayanır. Hesab edirəm ki, sünnü-şiə məsələsi bu şüarın arxasında qalıb. Bundan başqa mən Azərbaycan dövlətinin İranı dəstəkləyəcəyinə inanmıram. İndi o dövr deyil ki, Azərbaycan xarici siyasətini məzhəbə görə müəyyənləşdirsin. Sadəcə Azərbaycan hakimiyyətinin Türkiyə ilə bağlı siyasətində qarşı tərəfin bizə göstərdiyi həssaslığı nümayiş etdirməsi yetərlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA