Suriyanın Hələb zəhərində iki terror aktı törədilib

img

10-02-2012 [02:44]


Suriyanın ikinci böyük şəhəri sayılan Hələbdə bu səhər iki partlayış baş verib. Suriya dövlət televiziyasının verdiyi məlumata görə, şəhərin şimal və cənub-qərb rayonlarında hərbi kəşfiyyat idarəsinin qərargahı və təhlükəsizlik qüvvələri şöbəsinin qarşısında törədilmiş partlayışlar nəticəsində çox sayda ölən var. Onların arasında əsgərlərlə yanaşı, dinc sakinlərin də olduğu bildirilir. Partlayışlar nəticəsində ətraf binalara və avtomobillərə də ziyan dəyib. Qeyd edək ki, bu, Suriyada anti-hökumət nümayişlərinin başlamasından bəri Hələb şəhərində törədilən ilk terror aktıdır. Bundan əvvəl dekabrın sonunda və yanvarın əvvəlində paytaxt Dəməşqdə törədilən iki terror aktı da onlarla insanın ölümü və yaralanması ilə nəticələnmişdi. BMT-nin məlumatına görə, Suriyada ötən ilin martından bəri davam edən nümayişlərdə 5 mindən çox insan ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA