DiN və Prokurorluq əməliyyat müzavirəsi keçirib

img

02-02-2012 [08:08]


Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Rafiq Tağının qətli ilə bağlı birgə məlumat yayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 2012-ci il fevralın 1-də Azərbaycanın baş prokuroru və daxili işlər naziri yazıçı-publisist Rafiq Tağının qətli ilə bağlı növbəti əməliyyat müşavirəsi keçirib və istintaq-əməliyyat qrupunun hesabatını dinləyiblər. Qeyd olunub ki, ötən müşavirədə qrupun qarşısında qoyulmuş vəzifələrin və tapşırıqların icrası tam təmin edilərək cinayət işi üzrə çoxsaylı müayinə, baxış, götürmə, eksperiment və s. istintaq-əməliyyat tədbirləri aparılıb, zərərçəkmiş və şahid qismində 130-dan artıq şəxs dindirilib, habelə 10-a yaxın kompleks ekspertiza təyin olunaraq rəylər əldə edilib. Fakt üzrə Rafiq Tağıyevin həyat yoldaşı Nailə Tağıyeva onun hüquqi varisi qismində tanınaraq 2011-ci il dekabrın 16-da ifadəsi alınıb, eləcə də fərdi qaydada fəaliyyət göstərən nümayəndəsi vəkil Elçin Sadıqovun istintaq qarşısında qaldırdığı vəsatətlərə baxılıb, müvafiq prosessual qərarlar qəbul edilib. İstintaqın hazırkı mərhələsində Rafiq Tağını Kliniki Tibbi Mərkəzə gətirən Təcili Yardım Stansiyası həkimlərinin, müalicəsi ilə məşğul olmuş tibb işçilərinin məsuliyyətsizliyini təsdiqləyən faktlar aşkar edilməyib. Məhkəmə-Tibbi Ekspertizasının nəticələri göstərir ki, ölümün səbəbi zərərçəkmişin bədəninə bıçaqla yetirilən xəsarətlər olub. Rafiq Tağıyevin cərrahiyyə əməliyyatı və aldığı müalicənin tibbi metodikaya uyğunluğuna dair suallar üzrə Məhkəmə-Tibbi Ekspertizanın tədqiqatları davam etdirilir. Bununla bərabər, hadisədən əvvəlki və hadisə günlərində mərhumun hərəkət marşrutlarının tərtib olunmuş sxemi üzrə 43 videonəzarət kamerasının qeydə aldığı görüntülərin təhlili də aparılıb. Müəyyən edilib ki, onlardan yalnız iki obyektə məxsus dörd videokamera işləməyib ki, bunun da səbəbi obyekt sahibləri arasında münaqişəli vəziyyətdən yaranmış fasilə və texniki nasazlıqlar ilə əlaqədardır. Baş prokuror və daxili işlər naziri Rafiq Tağıyevin peşə və yaradıcılıq sahəsində fəaliyyətinin, şəxsiyyətini səciyyələndirən xüsusatların hərtərəfli təhlil olunması, cinayətin törədilməsi ilə bağlı irəli sürülən bütün fərziyyələrin ətraflı, intensiv və dəqiq yoxlanılması üçün əlavə tapşırıqlar veriblər. Eyni zamanda, istintaq-əməliyyat qrupunun diqqətini müsbət nəticələr verə biləcək bir sıra digər perspektivli fərziyyələrin araşdırılmasına yönəldiblər. Cinayətin açılması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.#601; f

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA