Baz Prokurorluq restorandakı qətllə bağlı məlumat yaydı

img

01-02-2012 [05:52]


Baş Prokurorluq Masallı rayonunda törədilmiş qətl hadisə ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 31-də saat 18:00 radələrində Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində fəaliyyət göstərən "Palıd" adlı yeməkxananın işçiləri - 1989-cu il təvəllüdlü Heydərov Murad Məhərrəm oğlu ilə 1970-ci il təvəllüdlü Zeynalov Əli Soltan oğlu arasında baş vermiş münaqişə zamanı sonuncu mətbəxdən götürdüyü bıçaqla M.Heydərovun döş qəfəsinə vurmaqla ona xəsarət yetirib. M.Heydərov Masallı rayon Mərkəzi xəstəxanasına aparılarkən aldığı xəsarətdən yolda ölüb. Ə.Zeynalov isə könüllü olaraq rayon polis şöbəsinə gələrək təslim olub. Fakta görə həmin tarixdə Masallı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Ə.Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir. Qeyd edək ki, ölən şəxs həmin restoranın ofisiantı, M.Heydərov isə aşpazı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA