Bakının mərkəzində fahizəxana azkar edildi

img

31-01-2012 [01:22]


Səbail rayonu, Xəqani küçəsi 12 ünvanında yerləşən masaj salonunu masaj adı altında intim xidmətlər təklif etməsi üzə çıxıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, ?Torqovıy?da yerləşən masaj salonu yanvarın 8-də fəaliyyətə başlasa da, qısa zamanda təyinatını dəyişib. Orada müştərilərə masajla yanaşı intim xidmətlər təklif olunub. Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının əməliyyat tədbiri nəticəsində obyektin sahibi Fail Ağayev və onun qardaşı Rail Ağayev, eyni zamanda salonda olan 5 qız saxlanılıb. Saxlanılan Vüsalə adlı qız fəaliyyəti barədə açıqlama verib: ?Qızları mən gətirirdim. Qızlar üçün hər müştəri xidməthaqqı olaraq 40 manat ödəyirdi. Pulun 20 manatı kassaya, qalanı isə qızlara çatırdı?. Tutulan qızlar da masaj salonuna Vüsaləni tanıyaraq gəldiklərinin deyiblər. Hazırda faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA