Asim Mollazadə Brüsselə gedib

img

30-01-2012 [02:48]


Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ?Avronest? Parlament Assambleyasının (PA) iclaslarında iştirak etmək üçün Brüsselə gedib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, millət vəkili ?Avronest? PA-nın siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsində ?Şərq Tərəfdaşlığı və Avropa İttifaqı ölkələrində demokratiyanın gələcəyi, həmçinin azad və müstəqil media ilə bağlı çağırışlar? mövzusu üzrə dinləmələrdə iştirak edəcək. O, Azərbaycanın Şərq tərəfdaşlığı proqramında iştirakı və Avropa İttifaqına inteqrasiyası ilə bağlı çıxış edəcək. Asim Mollazadə həmçinin Avropa İttifaqı (Aİ) və Şərq Tərəfdaşlığı ölkələri arasında ticarət razılaşması, azad ticarət zonaları və bu sahədə Aİ-nin yardımı, Aİ ilə tərəfdaş dövlətlərin iqtisadiyyat sahəsindəki qanunvericiliyinin uyğunlaşdırılması, nəqliyyat və mülki aviasiya sahələrində əməkdaşlıq, Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri arasında enerji təhlükəsizliyi ilə bağlı mövzularda keçiriləcək müzakirələrdə iştirak edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA