Xocalı soyqırımının tanınması üçün Türkiyə parlamentinə qanun təklifi verildi

img

08-02-2012 [06:17]


Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) İğdırdan olan millət vəkili Sinan Oğan Xocalı hadisəsinin "Soyqırımı" kimi tanınması üçün müvafiq qanunun qəbulu təklifini verib. Sinan Oğan MİA-ya deyib ki, o, Xocalı qırğınının Türkiyədə "soyqırımı" olaraq tanınmasına bağlı işlərə başlayıb və bunun üçün qanun təklifini Türkiyə Böyük Millət Məclisi (TMM) rəhbərliyinə artıq təqdim edib. Qanun layihəsində Xocalıda ermənilər tərəfindən törədilən qırğının "soyqırımı" olaraq tanınmasının vacibliyi vurğulanıb və "26 Fevral" tarixinin Türkiyədə "Xocalı Soyqırımını Xatırlama Günü" olaraq qəbul edilməsi istənilib. Buna əlavə olaraq qanun layihəsində Xocalıda yaşananların unudulmaması üçün Türkiyənin İğdır, Qars, Ərdahan, Ağrı, İstanbul, Ankara, İzmir, Bursa, Kocaeli, Manisa və istənildiyi təqdirdə digər şəhərlərdə Xocalı Soyqırımı Abidələrinin inşası da qanun təklifində öz əksini tapıb. Qanun layihəsində Xocalıda yaşananların beynəlxalq hüquqa və Avropa İnsan Haqları Bəyannaməsinə zidd olduğu vurğulanıb, 1948-ci ildə BMT tərəfindən təsdiqlənən soyqırımının önlənməsi və onu törədənlərin cəzalandırılmasına bağlı müqaviləyə görə "soyqırımı" olaraq qəbul edilməsinin gərəkliyi ifadə edilib. Sinan Oğan onu da təklif edib ki, Ankarada olan Paris prospektinin adı "Xocalı prospekti"nə, Deqol məhəlləsinin adı isə Xocalı soyqırımında həyatına itirən bir adamın adıyla dəyişdirilsin. Qanun layihəsini Türkiyə Böyük Millət Məclisi rəhbərliyinə təqdim edən S.Oğan parlamentin fevralın 9-da keçiriləcək iclasında bununla əlaqədar çıxış edəcəyini də söyləyib.#287;an M

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA