Bakıda bomba həyəcanı

img

26-01-2012 [10:46]


Ötən gecə Bakının Nərimanov rayonu Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən tunelə bomba qoyulması barədə Daxili işlər nazirliyinin (DİN) 102 xidmətinə anonim zəng gəlib. Bu xəbərin gəlişindən sonra əraziyə təcili olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) və DİN əməkdaşları cəlb edilib. Təhlükəsizlik tədbirlərini nəzərə alan polis tunelin içi ilə hər iki tərəfə nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Bir qədər sonra ərazidə axtarış tədbirlərini həyata keçirək üçün FHN-nin xüsusi təlim görmüş itləri də əməliyyata cəlb edildi. Bir neçə saat davam edən axtarış tədbirləri nəticəsində göstərilən ünvana bomba qoyulması barədə verilən məlumat təsdiqini tapmayıb. Nərimanov rayon polis idarəsindən verilən məlumata görə, tunelin hər bir tərəfi və ətraf ərazilərdə aparılan axtarışlar zamanı heç bir partlayıcı vasitəyə rast gəlinməyib. Qeyd edək ki, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları yol ötürücüsünə bomba qoyulması barədə polisə yalan məlumat verən şəxsin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində axtarışlarını davam etdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA