Prezident ilham Əliyevin ABŞ dövlət katibinin müavini ilə görüzüb

img

26-01-2012 [10:36]


Davosda Azərbaycan prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormats ilə görüşü olub. R.Hormats ABŞ prezidentinin və dövlət katibinin salamlarını Azərbaycan prezidentinə çatdırıb. Dövlət katibinin müavini Azərbaycanda gedən inkişaf proseslərini, xüsusilə də iqtisadiyyat və sənaye sahələrində aparılan uğurlu islahatların Ağ evdə yüksək qiymətləndirildiyini deyib. Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlərin, eləcə də qeyri-neft sektoruna qoyulan sərmayələrin müsbət nəticələr verəcəyinə əminliyinin ifadə edildiyi görüşdə regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Birgə Komissiyasının yaxın vaxtlarda keçiriləcək iclasının əməkdaşlığın konkret sahələrinin müzakirəsi baxımından əhəmiyyəti vurğulanıb.#252;ks

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA