Ərdoğan: "Bu, düzüncə azadlığına qarzı qətliamdır"

img

24-01-2012 [05:01]


"Sarkozi və tərəfdaşlarını fransız xalqına həvalə edirəm". Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki qrup toplantısında çıxışında deyib. Baş nazir Fransa Senatının qondarma soyqırım haqqında qəbul etdiyi qanunun ayrıseçkilik olduğunu, düşüncə azadlığına qarşı qətliam kimi dəyərləndirdiyini deyib. O, qeyd edib ki, Fransa parlamenti və Senatında qəbul edilən layihə Türkiyə üçün demək olar ki, yoxdur. Ərdoğanın sözlərinə görə, bu qərar orta əsrlər zehniyyətinin yenidən "xortlaması" mənasına gəlir və Avropa dəyərlərini ayaqlar altına alır: "Lazımi xəbərdarlıqları etmişik. Bir səhv edildiyini, tarixin parlamentlərdə müzakirə edilə bilməyəcəyini qətiyyətlə ifadə etmişik. Bu xətanın düzəldiləcəyinə dair ümidlərimizi hələ tamamilə itirməmişik". Ərdoğan heç kimə Türkiyə üzərindən siyasi gediş etməyə fürsət verməyəcəyini deyib. "Fransa ziyalılarına səslənirəm. Qəbul edilən bu qanun irqçilikdir. Bu, Türkiyə düşmənliyi ilə səs qazanmaq cəhdidir. Bu hərəkət Fransa tarixinə olduğu qədər Avropa tarixinə də haqsızlıqdır". Türkiyəli nazir burada əsas məsələnin Türkiyə-Fransa məsələsi olmadığını deyib. Ərdoğan bir daha çıxışında Sarkozinin babasının Osmanlı torpaaqlarında doğulub böyüdüyünü xatırladıb: "O, hər nə qədər də Türkiyə ilə düşmənlik etsə də, soyu Osmanlıya dayanan, tarixi Türkiyə ilə kəsişən biridir. Sarkozi nə qədər çabalasa da keçmişini silə bilməyəcək, Osmanlı xoş niyyətinə kölgə sala bilməyəcək". Ərdoğan hələlik səbr etdiklərini, sanksiyalara mərhələ-mərhələ reallaşdıracaqlarını deyib. "Baş verənləri birlikdə izləyirik. Lazımi qərarlar qəbul edib, sanksiya planımızı ictimaiyyətə açıqlayacağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA