Mahmud Əhmədinejad: ?ABŞ müstəmləkə dövrünü canlandırmağa çalızır?

img

17-01-2012 [05:17]


?ABŞ müstəmləkə dövrünü silah gücünə, demokratiya və azadlıq şüarları ilə yenidən canlandırmağa çalışır. Bu gün ABŞ əlində silah demokratiya axtarışındadır?. Bunu Ekvador televiziyasına müsahibəsində İran prezidenti Mahmud Əhmədinejad deyib. M.Əhmədinejad bildirib ki, bu gün bölgədə siyasi həyatı boyunca bir dəfə də normal seçki görməyən ölkələr var, qadınların avtomobil idarə etmək hüququ belə yoxdur, ancaq ABŞ onlarla çox yaxın və səmimidir: ?Onlara qarşı insan hüquqları və ya demokratiya sahəsində heç bir iddia irəli sürmürlər. Latın Amerikası ölkələri yüz illər boyu müstəmləkəçilərin hakimiyyəti altında olub. Mədəniyyət və sivilizasiya beşiyi olan bu bölgəni müstəmləkəçilər işğal edərək millətlərinə hakim olublar, bütün sərvətlərini talan ediblər. Lakin Latın Amerikası xalqları mübarizə apararaq öz müstəqil dövlətlərini qurublar. Bu gün tamamilə müstəqil bir siyasət yürüdən Ekvador dövləti öz milli mənfəətləri istiqamətində addımlar atır və beynəlxalq arenada ədalət və sülhün tərəfdarı kimi çıxış edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA