ilham Əliyev və Dmitri Medvedev görüzüblər

img

23-01-2012 [01:48]


Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Dmitri Medvedev arasında Soçi şəhərində görüş baş tutub. Tərəflər regiondakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər. "Biz regiondakı vəziyyətin necə inkişaf etməsini müzakirə edəcəyik", deyə Rusiya dövlət başçısı Dmitri Medvedev bildirib. "Biz Qafqazla sıx bağlıyıq və burada nə baş verirsə bizim üçün əhəmiyyətsiz deyil", deyə o qeyd edib. Dmitri Medvedev həmçinin qarşıdakı Ermənistan prezidentinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr olunmuş üçtərəfli görüşün vacibliyini qeyd edib. "Bu görüşlər mütəmadi olaraq keçirilir, haradasa irəliyə hərəkət var, haradasa problem var. Amma bu dialoq faydalıdır və mən ümid edirəm ki, belə əlaqələr davam edəcək", deyə Medvedev qeyd edib. Rusiya prezidenti həmçinin "Rusiya-Azərbaycan əməkdaşlığının necə inkişaf etməsi, ötən il nə baş verməsi" barədə müzakirə etməyi təklif edib. Bununla yanaşı, Rusiya dövlət başçısı 2011-ci ildəki əməkdaşlığın nəticələrini yaxşı qiymətləndirib. Öz növbəsində İlham Əliyev intensiv münasibətlərin bütün istiqamətlərdə qarşılıqlı əməkdaşlığı gücləndirməyə imkan verməsi ilə razılaşıb. "Ötən il çox uğurlu oldu, biz qarşılıqlı əməkdaşlığımızı gücləndirdik, mal mübadiləsinin artımı isə bir neçə on faizlə hesablanır", deyə o xatırladıb. Azərbaycan prezidenti rusiyalı həmkarına "Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasındakı səylərini davam etdirməsinə görə" minnətdarlığını bildirib. "Siz düzgün qeyd etdiniz ki, ümidverici anlar olub, pessimizm hisslərinin gücləndiyi anlar da olub, amma sizin bu səyləri davam etdirməyiniz optimizm yaradır", deyə İlham Əliyev əlavə edib. Dövlət başçısı Azərbaycanın münaqişənin həllində və regionun stabilliyində maraqlı olduğunu da qeyd edib İlham Əliyev həmçinin Dmitri Medvedevə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünə namizədliyində dəstəklədiyinə görə təşəkkür edib. "Qarşıdakı iki ildə biz sizinlə Təhlükəsizlik Şurasında sıx əməkdaşlıq edəcəyik və bizi dəstəkləyən həmin 155 ölkənin ümidlərini doğrultmağa çalışacağıq", deyə Azərbaycan Respublikasının prezidenti bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA