Taksi sürücüsü Ziya Məmmədovun izçisini döydü

img

23-01-2012 [12:13]


Bakıda taksi sürücüsü Nəqliyyat Nazirliyinin əməkdaşını döyüb. Nizami rayon rokurorluğundan verilən məlumata görə, Babək prospektində xidmət aparan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişi 35 yaşlı İbrahim Elvis oğlu Hüseynov ilə taksi sürücüsü 1981-ci il təvəllüdlü İbrahim Telman oğlu Məmmədov arasında mübahisə düşüb. Mübahisə sonradan davaya səbəb olub və taksi sürücüsü küt alətlə müfəttişin başından xəsarət yetirib(trend). Qeyd edək ki, İbrahim Hüseynov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA