2 aylıq körpəsi olan ana özünü asdı

img

22-01-2012 [04:41]


Azərbaycanın Bərdə rayonunun Mirzalıbəyli kəndində 26 yaşlı gəlin intihar edib. Bərdə rayon prokurorluğunun müstəntiqi Famil Axundovun verdiyi məlumata görə, 2 aylıq körpə qız anası olan 09.05.1985-ci il təvəllüdlü Gülnar Fazil qızı Ramazanova özünü yaşadığı evin həyətindəki meynə çardağından şal ilə asıb. Meyidi ailə üzvləri aşkar edib və polis çağırıblar. Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları hadisə yerini müayinə edib və meyit daxili müayinə üçün tibbi ekspertizadan keçirilib. Müstəntiqin verdiyi məlumata görə, Gülnar Ramazanova doğuş zamanı psixi travma alıb və Bərdə rayon Mərkəzi Xəstəxanasında psixi pozuntulu xəstə kimi qeydiyyatda olub(anspress). Qeyd edək ki, hələlik intiharın dəqiq səbəbləri bilinmir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci, özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA