5 saylı həbsxananın keçmiz rəisi həbs olunub

img

16-01-2012 [09:57]


Bir qədər əvvəl həbsxanada baş vermiş qiyama görə vəzifəsindən azad olunmuş 5-saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Faiq Güləliyev Salyan Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə MİA-ya məlumat verən Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədovun sözlərinə görə, F.Güləliyev barədə ötən ilin noyabrın 4-də Salyan polisində həbsxananın yerləşdiyi Yenikənd kənd sakini Xalidə Zeynalovanın şikayəti əsasında dələduzluq yolu ilə 6 min manatı mənimsəmə ittihamı ilə cinayət işi qaldırılmışdı. Amma elə o vaxtdan da keçmiş rəis istintaqdan yayınırdı. Bu gün isə Salyan polisləri onu Mərdəkanda gizləndiyi evdə tutaraq rayona gətiriblər. Əslində F.Güləliyev rəis işlədiyi dövrdə ayrı-ayrı vətəndaşın aldatma yolu ilə 200 min manata yaxın pulunu mənimsəyib. F.Güləliyevin qurbanları siyahısında məhbuslar, həbsxana işçiləri və yerli sakinlər var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA