2011-ci ildə 35 yol polisi izdən xaric olunub

img

10-01-2012 [10:10]


2011-ci il ərzində Azərbaycanda korrupsiya hüquqpozması ilə bağlı 35 yol polisi daxil işlər orqanlarından xaric olunub. DİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, 2011-ci il ərzində korrupsiya hüquqpozması ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə 46 fakt aşkar olunub ki, bu faktlar üzrə 60-dan çox əməkdaş barəsində tədbirlər görülüb. Aşkar olunan faktların 43-ü dövlət yol polisi xətti üzrə olub ki, bu faktlar üzrə də 60 əməkdaş barəsində tədbirlər görülüb, o cümlədən 35 əməkdaş daxil işlər orqanlarından xaric olunub, 22 əməkdaş tutduğu vəzifədən azad olunub, 3 əməkdaş barəsində isə intizam tədbirləri görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA