Azərbaycanda 9-cu sinif zagirdi intihar edib

img

09-01-2012 [11:39]


Siyəzən rayonunda 9-cu sinif şagirdi intihar edib. Siyəzən rayon Prokuroru Murad Kazımovun verdiyi məlumata görə, rayon sakini 16 yaşlı Namiq Natiq oğlu Hüseynov özünü yaşadığı evin çardağından asıb. Gecə saatlarında ailəsi onun meyidini çardaqda asılmış halda tapıb və polisə xəbər verilib. Hadisə yerinə gedən polis və prokurorluq əməkdaşlarının ilkin ehtimalına görə, Namiq Hüseynov intihar edib. Meyit tibbi ekspertizadan keçirilib və ailəsinə qaytarılıb. Tibbi ekspertizanın cavabından sonra ölümün dəqiq səbəbləri məlum olacaq. Hələlik 16 yaşlı məktəblinin nə səbəbdən intihar etməsi açıqlanmır(anspress). Qeyd edək ki, faktla bağlı Siyəzən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci, özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb, istintaq gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA