Usubov bir neçə polis rəisinin yerini dəyizib

img

05-01-2012 [08:58]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bir neçə rayonun polis rəisi dəyişdirilib. Nazirlikdən verilən məlumata görə, Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Eminağa Zeynalov Qobustan rayon Polis Şöbəsinə rəis təyin edilib. O, bu təyinatadək Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin rəisi vəzifəsində işləyirdi. Nazirin digər əmri ilə Beyləqan rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elsevər Aslanovun da iş yeri dəyişdirlib. O, Daşkəsən rayon Polis Şöbəsinə rəis təyin olunub. Beyləqan Rayon Polis Şöbəsinə isə hələlik rəis təyin olunmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA