Şəmkirdə ev yandı, 15 yazlı gənc boğuldu

img

30-12-2011 [01:59]


Şəmkirdə fərdi evdə yanğın nəticəsində 15 yaşlı gənc dünyasını dəyişib. MİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın Şəmkir rayonunun Şiştəpə kəndində, kənd sakini Arifə Aslanovaya məxsus evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Ev sahibəsinin oğlu 15 yaşlı Orxan Aslanov isə tüstüdən boğularaq ölüb. Qeyd edək ki, faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA