?Erməni soyqırımı? ilə bağlı məsələ Fransa Senatının gündəliyinə daxil edilməyib

img

29-12-2011 [11:43]


Fransada ?erməni soyqırımı?nın inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi Senatın gündəliyinə daxil edilməyib. Bunu hakim UMP (Xalh hərəkatı uğrunda İttifaq) partiyasından olan senator Roje Karuçi deyib. Bu barədə ?Le Figaro? qəzeti yazıb. ?Senatın fevralın əvvəlinədək olan fəaliyyət proqramında qanun layihəsinin müzakirəsi yoxdur. Dekabrda keçirilən Nümayəndələr konfransı sənədi gündəliyə daxil etməyib?, - parlamentlə əlaqələr üzrə keçmiş nazir bildirib. Senator onu da deyib ki, əgər yanvarın sonunadək məsələ gündəliyə salınmayıbsa, qanun layihəsi parlament tərəfindən qəbul edilməyəcək. Çünki, fevralın sonu-martın əvvəllərində parlament prezident seçkisi kampaniyası ilə əlaqədar fəaliyyətini dayandıracaq. ?Senatın nümayəndələr konfransı (gündəliyi təyin edən orqan) yanvarın 10-da keçirilən toplantıda məsələnin gündəliyə salınması barədə qərar qəbul edə bilər?, - Roje Karuçi əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA