"Azərbaycan Qarabağ məsələsinin məhz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlər əsasında həllinə maraqlıdır"

img

06-01-2012 [05:20]


?Azərbaycan bu gün dünyanın böyük kəsimində dünyəvi, sivil, beynəlxalq hüquq normalarına əməl edən və bu istiqamətdə ciddi iş aparan ölkə kimi tanınır. Bu baxımdan, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında fəaliyyəti uğurlu olacaq?. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına özünün beynəlxalq nüfuzuna görə seçilib. Onun sözlərinə görə, ölkəmiz BMT nizamnaməsinin çox ciddi qorunmasının tərəfdarıdır. ?Azərbaycan bu təşkilatda fəaliyyəti dövründə dünyada mövcud problemlərinin həll edilməsi üçün təşəbbüslər göstərəcək. Ölkəmiz xüsusi olaraq hansısa məsələni qabartmaq fikrində deyil. Bu başqa məsələ ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi dünyanın çox ciddi problemlərindən biridir. Bu baxımdan, Azərbaycan məsələnin BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmağa maraqlıdır və məhz bu təşkilatın qəbul etdiyi sənədlər əsasında münaqişənin həllinə çalaşacaq?- deyə A.Mirzəzadə vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA