Metyu Brayzanın Azərbaycandakı diplomatik fəaliyyət müddəti baza çatıb

img

27-12-2011 [08:21]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Səfir Metyu Brayza dövlət başçısına anadan olmasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin anadan olmasının 50 illiyi münasibətilə ABŞ Prezidenti Barak Obamanın dövlət başçısına ünvanladığı təbrik məktubunu Birləşmiş Ştatların Azərbaycan ilə tərəfdaşlıq əlaqələrinə nə dərəcədə yüksək qiymət verməsinin göstəricisi kimi dəyərləndirib. Azərbaycandakı diplomatik fəaliyyəti dövründə müxtəlif regionlara səfərlər etdiyini vurğulayan Metyu Brayza bu səfərlər zamanı ölkəmizin gözəl təbiətə, zəngin mədəniyyətə və müxtəlif dini-mənəvi dəyərlərə malik olduğunu müşahidə etdiyini deyib. Dövlət başçısı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirib. Metyu Brayzanın ölkəmizdəki diplomatik fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA