Azərbaycanda siyasi məhbuslar məsələsi AŞPA-nın gündəliyinə salınıb

img

16-01-2012 [11:47]


Məlum olduğu kimi, 26 yanvar 2012-cı il tarixdə Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində keçiriləcək İnsan Haqları və Hüquq Məsələləri üzrə Komitənin iclasının gündəliyinə Azərbaycanda siyasi məhbuslar məsələsi də əlavə olunub. Bu təşəbbüslə AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi K.Ştrasser şəxsən çıxış edib və onun təşəbbüsü komitənin rəhbərliyi tərəfindən təsdiq edilib. Komitənin iclasında məruzə ilə çıxış etmək üçün Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçisi, "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayev dəvət edilib. Komitə həm də Azərbaycanın AŞPA-daki nümayəndə heyətinin rəhbəri Səməd Seyidovu da məruzəçi qismində iclasa dəvət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA