Bakıda ər arvadını baltalayıb öldürdü

img

27-12-2011 [11:47]


Bakının Xəzər rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan verilən məlumata görə, Mərdəkan qəsəbəsində yaşayan 47 yaşlı Bakı sakini Əli Ağaəliyev balta ilə həyat yoldaşı olan Şuşa sakini Kifayət Hüseynovanı qətlə yetirib. Qanlı hadisə dekabrın 27-nə keçən gecə saat 03 radələrində Mərdəkan qəsəbəsi Ərəblinski küçəsi ev 3-də baş verib. Ailə münaqişəsi zəminində arvadını balta ilə öldürən Ə. Ağəliyev özünə də xəsarət yetirib. O, ağır vəziyyətdə I saylı Kilinik Xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edib. Faktla bağlı Cinayət məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlayın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA