Bakıda barda qan tökülüb

img

21-11-2011 [10:58]


Bakının mərkəzində yerləşən barda qanlı hadisə törədilib. Nəsimi rayonu, Rəsul Rza küçəsi 18 ünvanında yerləşən barın mühafizəçisi 22 yaşlı Pərvin Hüseynov bıçaqlanıb. Nəsimi rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, mühafizəçini bıçaqlamaqda şübhəli bilinən Rəşad Quliyev saxlanılıb. Hadisəyə bara daxil olmaq üstündə düşən mübahisə səbəb olub. Qeyd edək ki, faktla bağlı cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA