Qazaxıstanda 2012-ci il yanvarın 15-də növbədənkənar seçki elan edildi

img

16-11-2011 [02:32]


Qazaxıstan prezidenti Nursultan Nazarbayev parlamentin aşağı palatasının buraxılması barədə göstəriş imzalayıb. 2012-ci il yanvarın 15-də məclis deputatlarının növbədənkənar seçkisi təyin edilib. Nursultan Nazarbayevin göstərişi rəsmi kütləvi informasiya vasitələrində dərc edilib. Qanunvericiliyə əsasən parlamentin aşağı palatası olan məclisin 98 deputatının seçilməsi gizli səsvermə yolu ilə ümumxalq, bərabər və birbaşa seçki hüququ əsasında partiya siyahısı üzrə həyata keçirilir. 9 deputat Qazaxstanın xalq yığıncağı tərəfindən seçilir. Qazaxıstanın mərkəzi seçki komissiyasına növbədənkənar seçkiyə hazırlıq və onun keçirilməsini təşkil etmək, hökumətə, vilayət qubernatorlarına, həmçinin Astana və Alma-Atı şəhərlərinin rəhbərliyinə təşkilati, maddi-texniki və maliyyə təminatı üzrə bütün mühüm tədbirləri görmək tapşırılıb. Xatırladaq ki, parlamentin aşağı palatasının bir qrup deputatı ötən həftə dövlət başçısına məclis deputatlarının səlahiyyətlərinin təcili dayandırılması və növbədənkənar parlament seçkisinin keçirilməsi ilə bağlı müraciət etmişdi. Aşağı palataya seçki 2012-ci ilin avqustunda keçirilməsi olsa da, 107 deputatdan prezidentdə müraciət edən 53-ü məclisin erkən buraxılmasını vacib hesab edib. Onlar bu qərarı təkpartiyalı parlamentdən çoxpartiyalıya mümkün qəcdər tez bir zamanda keçməyin vacibliyi ilə əlaqələndiriblər. Qanuna əsaəsn növbəti parlament ən azı 2 siyasi partiyadan formalaşdırılmalıdır. Deputatlar eyni zamanda hesab edirlər ki, gələn il iqtisadi böhranın yeni dalğası gözlənilir və bu Qazaxıstana da təsir göstərə bilər, bu səbəbdən də iqtisadi problemlərin başlamasınadək seçki periodunu başa vurmaq lazımdır. Aparılan sorğuya əsasən Qazaxıstan sakinlərinin 67.2 faizi deputatların məclisin buraxılması təşəbbüsünü dəstəkləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA