Qarabağ məsələsi Rumuniya parlamentində

img

21-11-2011 [04:41]


Avronest PA-nın enerji komitəsinin sədri, millət vəkili Fuad Muradov 20-23 noyabr tarixlərində Rumıniyada işgüzar səfərdədir. Bu gün komitə sədri Rumıniyada bir sıra görüşlər keçirib. Rumıniya parlamentinin spikeri Roberta Anastase, Rumıniya parlamentinin Sənaye və xidmət komitəsinin sədri Iulian Iancu və parlamentin deputatı Viorel Constantinescu ilə görüşlər keçirib. İkitərəfli görüşlərdə Azərbaycan-Rumıniya əlaqələrinin inkişafı, parlamentlərarası dostluq qrupunun fəaliyyəti, müzakirə olunub. Rumıniya parlamentinin spikeri Roberta Anastase ilə görüş zamanı Avronest PA enerji komitəsinin sədri Fuad Muradov bildirib ki, bu gün Azərbaycan iqtisadi cəhətdən inkişaf dinamikası yüksək olan ölkələr sırasındadır. Azərbaycanın əsas yaralı yeri olan ərazi bütövlüyü məsələsi barədə Rumıniya parlamentarilərini məlumatlandıran Fuad Muradov bildirib ki, bu gün Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal edilib, bir milyondan artıq vətəndaş öz doğma yurdlarından məcburi olaraq çıxarılıb. Fuad Muradov Azərbaycanın Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etmə cəhdlərini diqqətə çatdırıb. Lakin Ermənistanın hətta BMT təhlükəsizlik şurasının qətnamələrinə məhəl qoymadığını və beynəlxalq konvensiyaları kobud şəkildə pozduğunu Rumıniya parlamentarilərinin diqqətinə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA