Nobel prospektində "qara 07"-də qanunsuz radar və yol polisi

img

15-11-2011 [12:40]


Bakı şəhəri, Nobel prospektində, "Bəh-bəh" restoranının yaxınlığında qanunsuz radar quqrulub. Bu barədə MİA-ya sözügedən ərazidə radar quran yol polisi əməkdaşı tərəfindən saxlanılan sürücü məlumat verib. Redaksiyamıza zəng vuran sürücü deyir ki, artıq neçə müddətdir ki, bu ərazidə qara "vaz 21-07" markalı maşında qaanunsuz radar quraşdırılıb: "Həmin yerdə bir nəfər polis əməkdaşı dayanır, halbuki əraziyə yalnız iki polis əməkdaşı çıxa bilər. Digər tərəfdən quraşdırılan radar qeyri-qanunidir, çünki radarın heç bir sənədi yoxdur, üstəlik qanunla müəyyənləşdirilməmiş yerdə quraşdırılıb". Şikayətçi onu da bildirir ki, bu radarı quraşdıran Dayandur Quliyev adlı yol polisi zabiti pul yığmaqla məşğuldu: "Pul verməkdən imtina edənlərə isə fiziki təzyiq göstərir. Heç kimdən qorxmadığını, kimə şikayət edirsən-et deyir. Onu da deyim ki, bu, birinci hadisə deyil. Bu ərazidə neçə vaxtdır ki, bu adam qanunsuz raqar quraşdıraraq camaatı soyur. Başa düşmürəm, bu ğlkədə qayda-qanun yoxdumu? Hansısa bir yol polisi zabitinin qanunsuz əməllərini ala bilən niyə tapılmır? Əgər Baş Dövlət Yol Polisinin rəsizi general Ramiz Zeynalov, Daxili işlər naziri Ramil Uubov bu özbaşınalığı müşahidə etmək istəyirsə, həmin əraziyə gedib baxa bilər. Prezidem rüşvət və korrupsiyaya qarşı mübarizə qərarı verb, amma bu cür yol polisləri kimlərinsə hesabına rüşvət alır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA