06-09-2018 [12:21]
Azərbaycanda uzun müddətdir vəzifədə olan daha bir məmur işini itirib. 2018-ci il iyulun 3-də Mingəçevirdə yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası”nın yarımstansiyalarından birində baş verən qəzadan 2 ay sonra "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev işdən çıxarılıb. Rəsmi məlumatda bildirilir ki, qəza ilə bağlı araşdırma aparan Dövlət Komissiyasının yekun rəyi ilə tanış olan prezident işdə yol verdiyi nöqsanlara görə Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib.
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, 2018-ci ilin ötən 8 ayı ölkədə məmurların, əsasən iri ranqlı vəzifə sahiblərinin işdən uzaqlaşdırılmaları ilə yadda qalıb.
Bu ilin aprelində keçirilən prezident seçkilərindən sonra hökumətin yeni tərkibi formalışdırılıb. Baş nazir Artur Rasizadəni postunda Novruz Məmmədov əvəz edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da tutduğu vəzifə ilə vidalaşmalı olub. Hökumətin yeni tərkibində Əli Həsənov əvvəlki vəzifələrindən yalnız birinə - baş nazirin müavini postuna təyinat alıb. "Qaçqınkom”un yeni sədri Milli Məclisin üzvü Rövşən Rzayevdir.
Yeni tərkibə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da düşə bilməyib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, yeni nazir Sahil Babayevtəyin edilib.
Qeyd edək ki, S.Müslümov bundan əvvəl uzun illər Dövlət Sosial Müdafiə Fondunun sədri olub.
Seçkidən sonra hökumət kabinetində yer almayan nazirlərdən biri də Heydər Əsədov oldu. O, 2013-cü il prezident seçkilərindən sonra təyin olunduğu kənd təsərrüfatı naziri postundan 2018-ci il prezident seçkilərindən sonra alındı. Prezident İlham Əliyevin sərəncamı ilə İnam Kərimov yeni kabinetdə kənd təsərrüfatı naziri təyin edilib. İnam Kərimov bu təyinata qədər "ASAN xidmət”in rəhbəri vəzifəsində çalışıb.
17 il - 2001-ci ildən ekologiya və təbii sərvətlər naziri postunu tutan Hüseynqulu Bağırov da bu ilin aprelində vəzifəsi ilə vidalaşmalı oldu. Prezidentin sərəncama əsasən, Milli Məclisin deputatı Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub.
Azərbaycanın bir parçası olan Naxçıvan Muxtar Respublikasında da ötən müddətdə 2 nazir dəyişikliyi baş tutub. Naxçıvan kənd təsərrüfatı naziri Elşad Əliyev vəzifəsindən azad olunub. Elşad Əliyev Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini təyin edilib. Elşad Əliyevi Bəhruz Bayramov əvəzləyib. O, bundan əvvəl Həsən Əliyev adına "Araz” Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb. Ali Məclisin sədri Vasif Talıbov Məmməd Qəribovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında da fərman imzalayıb.
2018-ci ildə Azərbaycanda işsiz qalanlardan biri də Dövlət Gömrük Komitəsinin sədri olub. Prezidentin sərəncamına əsasən, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. Ona qədər bu postu tutanAydın Əliyevə isə vəzifə verilməyib.
Hökumətin əvvəlki tərkibində baş nazirin müavinləri postunda Abid Şərifov, İsmət Abbasov və Elçin Əfəndiyev də vardı.
Yeni tərkibdə isə baş nazirin müavini postuna gətirilənlərdən biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov oldu. Hazırda Hacıbala Abutalıbovun əvvəlki postu vakantdır.
Boş qalan vəzifələrindən biri də müdafiə sənayesi naziri postudur. Bu ilin iyununda müdafiə sənayesi naziri Yavər Camalov ağır xəstəlikdən sonra dünyasını dəyişib. Bundan sonra həmin posta təyinat olmayıb.
2018-ci ili icra başçıları üçün də çətin sınaq ili adlandırmaq olar. Mayın 18-də Natiq Aslanovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalanıb. Dövlət başçısının digər sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bu ilin martında tutduğu vəzifədən azad edildi. Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovda vəzifəsindən azad edilib. Bu il iyulun 1-də prezidentin imzaladığı sərəncamla Ramiz Yediyarov işdən azad edilib. Ramiz Yediyarovdan 5 gün sonra Raqub Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Raqub Məmmədovla eyni gündə - iyunun 6-da Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Məmməd Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bu il avqustun 28-də daha bir icra başçısı - Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncəyə uzun illər rəhbərlik edən Elmar Vəliyevlə bağlı qərar verildi. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncənin icra başçısı Elmar Vəliyev vəzifəsindən azad olundu, ölkə başçısının digər sərəncamı ilə onun yerinə Niyazi Bayramov təyin edildi. Niyazi Bayramov bundan əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tuturdu. Elmar Vəliyevin vəzifədən alınması qərarının ona qarşı törədilmiş sui-qəsddən sonra uzunmüddətli müalicəyə və bərpaya ehtiyac duyması ilə bağlı olması xəbərləri var.
Ağsuda əməliyyat: saxlanılan var
"Göbək rəqsi" ilə qısa müddətə bir milyon dollar qazandı - FOTOLAR
Daha bir jurnalist həlak olub
CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xorvat məşqçi daha bir komandadan qovulub
"Fənərbaxça" Konyada vacib xal itiirb
Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsinin ilkin seçimi olub - SİYAHI
HƏMAS-la İsrail atəşkəsə razılaşıb? - İsrail təsdiqləmir, şərtlər də gizli saxlanılır
Paşinyan Moskvaya gedir - Putinlə ikitərəfli görüş olacaq
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - Xəbərdarlıq
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonasında 2046.3 hektar ərazi minalardan təmizlənib
Dövlət qulluğuna imtahan keçiriləcək
DSMF-də rəsmi yoxlama başlayıb - Açıqlama
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ DEPUTATIN RAMİZ MEHDİYEVƏ ŞOK MƏKTUBU ÜZƏ ÇIXDI: "Hörmətli ağsaqqalım..." - "Bəlkə, özləri yazıb "qol" çəkiblər?" - FOTO (YENİLƏNİB)
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
RUSİYA UKRAYNANI ADDIM-ADDIM ƏLƏ KEÇİRİR: "Xarkov və Donetskdə daha iki yaşayış məntəqəsi nəzarətə götürülüb"
Qəzzada savaşın 213-cü günü: ölənlərin sayı artlb
Hakim: "AMEA-nın vitse-prezidenti bilərəkdən, ya bilməyərəkdən cavab vermir" - Qalmaqallı məhkəmə (FOTOLAR)
Keçmiş komitə sədri hakim qarşısına çıxarılır - Korrupsiya ittihamı
Türkiyədə ağır qəza: 8 nəfər ölüb, çoxlu sayda yaralı var - FOTOLAR
Ağdərə və Qubadlıda insan qalıqları tapılıb - Prokurorluq araşdırma aparır (Yenilənib)
Joze Mourinyo Türkiyəyə gəlir - İki illik razılaşma əldə olunub
ABŞ səfiri Füzuli və Şuşada - FOTOLAR (YENİLƏNİB)
Putin beşinci dəfə and içəcək
QMİ Məhərrəmlik ayının başlanacağı tarixi açıqladı
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO (Yenilənib)
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü - Sabiq mətbuat katibi vəzifəyə təyin olunub
Azərbaycanla daha bir ölkə arasında viza tələbi aradan qaldırılıb
Gömrük Komitəsinin sədri özünə daha bir müşavir götürüb
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir - Dəyişiklik
ABŞ-da unikal hadisə: qadın 10 həftə ərzində lotoda iki dəfə 1 milyon dollar qazanıb - "Qənaətlə xərcləyəcəm"
Dövlət xidməti rabitə müəssisələrini "vurdu": “Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq
Anar Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək