06-09-2018 [11:27]
Hazırda 4 rayonda pilot layihə kimi həyata keçirilən icbari tibbi sığortanın yaxın vaxtlarda bütün ölkə üzrə tətbiqi gözlənilir.
Mia.az xəbər verir ki, Modern.az saytı məsələnin aktuallığını nəzərə alaraq, mövzu ilə bağlı bəzi suallara aydınlıq gətirməyə çalışıb.
İcbari tibbi sığorta nədir?
Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi formasıdır və sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemidir. İcbari tibbi sığorta eyni zamanda sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verir.
İcbari tibbi sığortanın məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.
Prezidentin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanına əsasən, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati əraziləri pilot ərazilər olaraq təsdiq edilib. Pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində həyata keçirilməsi, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda davam etdirilir.
Baza zərfinə daxil olan tibbi xidmətlər və tarifləri
Baza zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığorta olunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.
Baza zərfinə daxil olan tibbi xidmətlər və tariflər Prezidentin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilib.
Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində tədbiq olunan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin sayı 1829-dur:
- İlkin səhiyyə xidməti – 18
- Təcili və təxirəsalınmaz tibbi yardım xidməti - 6
- Ambulator xidmət – 480
- Stasionar xidmət - 677
- Laborator xidmət – 459
- Fizioterapiya – 23
- Həyati vacib, dəyəri yüksək olan xidmətlər – 166
Siyahı və tariflərlə bağlı daha ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz:
http://its.gov.az/site/assets/files/1644/tminatlar.pdf
Baza zərfinə daxil olmayan tibbi xidmətlər
Baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri Azərbaycan Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilib. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tariflərini aşağıdakı linkdə təqdim edirik:
http://its.gov.az/site/assets/files/1643/istisnalar.pdf
İcbari tibbi sığortadan kimlər faydalana bilər?
Pilot layihənin icra olunduğu ərazilərdə - Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında rəsmi qeydiyyatda olan bütün vətəndaşlar və bu ərazilərdə məskunlaşmış məcburi köçkünlər icbari tibbi sığortadan faydalanmaq hüququna malikdirlər. Pilot layihə çərçivəsində sığorta olunan Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında fəaliyyət göstərən tibb müəssisələrində çalışan həkimlərə müraciət edə bilər. Pilot ərazilərdə həyata keçirilməsi mümkün olmayan baza zərfinə daxil olan tibbi xidmətlər isə Bakı və Gəncə şəhərlərində yerləşən, Agentliklə müqavilə əsasında fəaliyyət göstərən tibb müəssisələrində təmin edilir.
İllik ödəniş tarifi neçə manat təşkil edəcək?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) sığorta haqqının illik 120 manat (aylıq 10 manat) olmasını təklif edib.
Bu barədə Modern.az-a danışan İTS-nin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova deyib ki, qeyd edilən məbləğ bir çoxlarının düşündüyü kimi qanuni qüvvəyə minməyib:
"Agentlik təklif edib ki, illik sığorta haqqı adambaşına 120 AZN civarında olsun. Bəzi təbəqələr də sığorta haqqı ödəmək azad edilsin. Bunlara əlillər, uşaqlar, pensiyaçılar, əyani təhsil alan tələbələr daxildir”.
İcbari tibbi sığorta 2019-cu ildə ölkə üzrə tam tətbiq olunacaq
A.Əhmədova qeyd edib ki, məsələ deputat Musa Quliyevin də bildirdiyi kimi, parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq. Qurum rəsmisi həmçinin qeyd edib ki, İcbari tibbi sığortanın 2019-cu ildən etibarən bütün ölkəyə tətbiqi ilə əlaqədar hazırlıq işlərinin sürətləndirilməsi və keçid dövründə rast gəlinə biləcək maneələrin öncədən proqnozlaşdırılaraq aradan qaldırılması məqsədilə fəaliyyət planının tərtibinə dəstək üçün məsləhətçi şirkət cəlb edilib: "Konsultant şirkətin dəstəyi ilə ölkə üzrə keçid modelinin hazırlığını davam etdiririk”.
Qeyd edək ki, bu məqsədlə, Azərbaycan Prezidentinin 19 iyul 2018-ci il tarixli sərəncamına əsasən vəsait ayrılıb. Sərəncamın icrası üçün məsləhətçi şirkət qismində "McKinsey & Company” şirkəti seçilib. Məqsəd əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi, səhiyyə sisteminin effektivliyinin artırılması üçün islahatların aparılması, bu sahəyə ayrılan vəsaitlərin səmərəli istifadəsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Səhiyyə Nazirliyi ilə birgə keçid planının və yol xəritəsinin hazırlanmasıdır.
Beynəlxalq miqyasda tanınan və böyük nüfuza malik olan şirkət dünyanın 60 ölkəsində fəaliyyət göstərməkdədir, son 5 ildə səhiyyə sahəsində 2000-dən çox layihənin reallaşmasında iştirak edib. Şirkətin əsas fəaliyyət istiqamətləri sosial islahatların aparılması üçün strateji plan və maliyyə modellərinin hazırlanmasıdır.
"McKinsey & Company” şirkəti Agentliyin icbari tibbi sığortanın pilot layihəsi müddətində topladığı təcrübəsindən yararlanaraq sistemin ölkə üzrə keçidinin inkişaf mərhələləri əks olunmuş strateji yol xəritəsinin hazırlanmasında iştirak edəcək. Şirkətin əsas dəstəyi icbari tibbi sığortaya ölkə üzrə keçid zamanı yaranacaq məsələlərin həlli yollarının təklif edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə səhiyyə infrastrukturunda islahatların aparılması, habelə dayanıqlı sistemin yaradılmasına, tibb müəssisələrinin effektiv idarəçiliyinə, maliyyə vəsaitlərinin toplanması və xərclənməsində səmərəliliyin artırılmasına dair məsləhətlərin verilməsidir.
Strateji yol xəritəsinə əsasən, səhiyyə sahəsində islahatların aparılması, səhiyyə xərclərinin hesablanması, əhalinin səhiyyə ilə bağlı maliyyə yükünün azaldılması və 2019-cu ildən ölkədə icbari tibbi sığortanın geniş tətbiqinə rahat keçid təmin ediləcək.
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Koreyanın yeni səfirini qəbul edib - FOTOLAR
İlham Əliyev Fələstin Dövlətinin səfirini qəbul edib - FOTOLAR
Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı mesaj - FOTOLAR
İranın ali dini lideri video paylaşdı, ivrit dilində İsrailə mesaj verdi: "Çarəsiz qalacaqsınız"
ABŞ prezidenti hərbi paradda - FOTOLAR
İran və İsrail bir-birlərini vurur - Ölən və yaralananlar var
Putin 50 dəqiqəlik müzakirədə Trampa yeni təklif verib: "Bu, gözlənilməz nəticələr yaradacaq" - "İsrail və İran arasında vasitəçiliyə hazıram"
Prezident İlham Əliyevdən paylaşım - FOTO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Milli Qurtuluş Günüdür
İSRAİL-İRAN MÜHARİBƏSİ ŞİDDƏTLƏNİR - Hər iki tərəf bir-birini "peşman" edəcəklərini deyir
Tramp: "Putinlə İsrail-İran müharibəsi ilə bağlı həmfikirik"
Ərdoğan Trampla İran-İsrail savaşı ilə bağlı müzakirə apardı: "Əlimizdən gələni etməyə hazırıq"
Ərdoğan İran prezidenti danışdı: "Bölgəni alovun içinə sürükləmək məqsədi güdürlər"
İsrail İranın 20-dən çox komandanını zərərsizləşdririb
İmişlidə 47 yaşlı şəxs güllələnib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
Bakı –Təbriz–Bakı marşrutu üzrə reyslər təxirə salınıb
Azərbaycan və İran XİN başçıları telefonda danışdı: "Ərazimizdən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil"
Jurnalistlərin övladları məzun oldu - FOTOLAR
İsraildə Ben Qurion hava limanı uçuşlara bağlanıb
"Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb"
Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
Sabah hava necə olacaq? - Proqnoz
Sahil Babayevdən daha bir təyinat - Elnur İbrahimov da yola salındı
"Heç kim yeni bir Orta Dəhliz qurmaq fikrinə düşməməlidir" - Hikmət Hacıyevdən bölgəmizlə bağlı mühüm mesajlar
Polis “Son zəng”lə bağlı xəbardarlıq edib
Azərbaycan neftinin qiyməti daha 4 dollar qalxdı
İranda savaş: xarici ölkə vətəndaşları Azərbaycan vasitəsiylə təxliyə olunur - FOTOLAR
Bu gün “Son zəng”dir
İRAN İSRAİLƏ ARD-ARDA ƏKS ZƏRBƏLƏR ENDİRİR - İki qırıcı vurulub, pilot əsir alınıb, ölən və yaralananlar var (YENİLƏNİB)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranda internetə məhdudiyyətlər qoyulub
Smart tipli sayğaclar niyə dəyişdirilir? - Gizli plan üzə çıxdı
NETANYAHU: "...İran çox sürətlə nüvə silahına can atır" - "Hücum dayanmayacaq, onlar da bizə əks hücum edəcək"
İsrail Tehranı yenidən vurur - Paytaxtda partlayış səsləri yayılıb
Rusiya Ukraynaya 1200 hərbçinin cəsədini geri verdi
"Space TV”yə xəbərdarlıq olunub
Ceyhun Bayramov Polşanın yeni səfirini qəbul edib - XİN-dən açıqlama
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşdü - Nələr müzakirə edilib? (FOTOLAR)
Laçının Baş planı təsdiqlənib
AYNA şikayət etdi - “Uber Azərbaycan” cəzalandırıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı