Azərbaycanda gənc qadın evində zorlanaraq qətlə yetirildi

img

11-11-2011 [11:34]


Azərbaycanın Tərtər rayonunda qətl törədilib. 36 yaşlı Tünzalə Qəşəm qızı Həsənovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı mənzildə aşkarlanıb. Dərhal hadisə yerinə Rayon Prokurorluğunun əməkdaşları gəlib. Meyitə ilkin baxış keçirilərkən onun boğularaq öldürüldüyü müəyyən edilib. Rayon prokurorluğundan anspress-in bölgə müxbirinə verilən məlumata görə, Tünzalə Qəşəm qızı Həsənovanın meyitini evində ilk olaraq bacısı tapıb. Meyit çılpaq olub. İki əli də arxasına bağlı olub. Verilən məlumata görə, mərhum evdə tək yaşayırmış. Onun əxlaqsız həyat tərzi keçirdiyi bildirilir. İlkin araşdırma zamanı Tünzalə Həsənovanın zorlandığı və sonradan əllərinin bağlanaraq, balıncla boğulduğu məlum olub. Evinə baxış keçirilən zaman Tünzalə Həsənovanın mobil telefonunun da oğurlandığı məlum olub. Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA