Azərbaycanlı hacıları Bakıya gətirən təyyarə gecikmə ilə havaya qalxıb

img

01-09-2018 [09:46]


Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən hacıları Bakıya gətirən təyyarə gecikmə ilə havaya qalxıb.

Təyyarə iki saatgec yola düşüb.Təyyarə saat 11:30 radələrindəBakıya enəcək.

Qeyd edək ki, hacıları Azərbaycana gətirəcək ilk təyyarə reysinin Bakı vaxtı ilə səhər saat 05:00-da yola çıxması nəzərdə tutulurdu.

Xatırladaq ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb və bir nəfərin ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə 535 dollar ödəyiblər.

"Report” 


Digər xəbərlər
SON XƏBƏRLƏR