Bakıda 9 yazayız evi yandı

img

10-11-2011 [11:24]


Bu gün Bakı şəhərində 9 ev yanıb. Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə saat 06:00 radələrində Yasamal rayonu II Alatava adlanan ərazidə qeydə alınıb. III çağırışla hadisə yerinə 19 yanğınsöndürən maşın və texnika yollanıb. Yanğın şiddətli olduğundan 9 evi yararsız hala salıb. Adıçəkilən ərazidə evlərin sıx tikilməsi və yolların dar olması yanğının söndürülməsində çətinliklər yaradıb. Xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan olmasa da, 380 kv metr ərazi tamam külə dönüb. İlkin ehtimala görə, yanğının baş verməsinə elektrik və qaz xətlərinin düzgün çəkilməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA